Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı |
Mojo.az Avto
Mojo.az Avto

COVID, qrip və ya ağciyər xərçəngi: Necə öskürməyiniz hansına yoluxduğunuza işarə edir

25.01.2024 13:13 1 632
COVID, qrip və ya ağciyər xərçəngi: Necə öskürməyiniz hansına yoluxduğunuza işarə edir
Öskürək - tənəffüs yollarının hər hansı bir qıcıqlanmasına bədənin təbii reaksiyasıdır.

Median.Az
xarici mətbuata istinadən xəbər verir ki, həkimlər öskürəyin növünü və nə vaxt xəbərdarlıq əlaməti ola biləcəyini izah edib.

Qanlı öskürək, nəfəs darlığı, qızdırma, kilo itkisi, udma problemi və ya qusma kimi narahatedici və ya ağır simptomlarla müşayiət olunan hər hansı öskürək zamanı dərhal həkimə müraciət etmək lazımdır.

Kəskin öskürək - Üç həftədən az davam edir və ən çox soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksiyası ilə müşahidə olunur. O, həmçinin COVID-19 və kəskin bronxit, traxeobronxit, pnevmoniya, astmanın kəskinləşməsi, ağciyər emboliyası və ya digər ağciyər xəstəlikləri nəticəsində də yarana bilər.

Subakut öskürək - Onun müddəti üç həftədən səkkiz həftəyə qədərdir. Adətən göy öskürək və ya mikoplazmadan sonra baş verir. Subakut öskürək infeksiyadan sonra tez-tez inkişaf edən öskürəkdir. Öskürək, qoxu, aerozol, temperatur dəyişiklikləri kimi zərərsiz stimullarla asanlıqla baş verə bilər.

Xroniki öskürək - Səkkiz həftədən çox davam edə bilər. Daha çox siqaret tüstüsünə məruz qalan insanlarda, eləcə də ürək çatışmazlığında və müxtəlif ağciyər xəstəliklərində, o cümlədən astma, bronxitdə müşahidə olunur.
//Baku.ws

Son xəbərlər