Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

03.11.2021 13:41 1 863
Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq
Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin çox uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov bildirib ki, hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir, ancaq bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir:

“Misal üçün rhinoviruslar çox yüksək qızdırma vermirlər, daha çox burun axıntısı, öskürək kimi üst tənəffüs yolu infeksiyaları yaradırlar. Parainfluenza adlanan qripə bənzər virus da bu cür şikayətlərə səbəb ola bilər. Yəni müayinə aparmadan hansı virusun olmasını dəqiq demək mümkün olmur. Lakin qış fəslinə keçdikcə, havalar soyuduqca üst tənəffüs yolu infeksiyaları çoxalır və onların bir çoxunda əlamətlər eyni olur. Bəziləri qızdırma ilə müşayiət olunur, bəzilərində isə temperatur çox da yüksəlmir”.

Son xəbərlər