Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA

27.10.2023 22:40 1 467
Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA
Uzun illərdir Azərbaycan telekanallarında bayağı verilişlərin sayı durmadan artır.

Verilişlərdə müzakirəyə çıxarılan mövzular məişət məsələlərindən, ailədaxili münaqişələrdən, qayınana-baldız söhbətləri çəçivəsindən kənara çıxmır.

Elə bir neçə gün əvvəl psixoloq Əfsanə Rüstəmovanın efirdə səsləndirdiyi “Həyat yoldaşı 3 min manatlıq emosional ehtiyacını qarşılamırsa, qadının boşanmaq kimi hüququ var”, fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu cür fikirlərin Azərbaycanda ailə sütunlarını sarsıtdığını bildirdi.

Maraqlıdır, Audiozivual Şura bu məsələlərlə bağlı monitorinq aparırmı, ümumiyyətlə hansı addımların atılması planlaşdırılır, bu cür bayağı, aşağısəviyyəli verilişlərin yayımının dayandırılması, yaxud yayımçılara xəbərdarlıq edilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Qafqazinfo”ya bildirib ki, Şura proqramların aşağı və ya yuxarısəviyyəli olmağını müəyyən etmir:

“Buna görə də, sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Səlahiyyətləri çərçivəsində Şura efirə getmiş proqramların monitorinqini aparır.

Yayım zamanı “Media haqqında” və ya digər qanunların tələblərinin pozulması faktları aşkarlandıqda və ya bununla bağlı şikayət daxil olduqda Şura tərəfindən monitorinq və zəruri hüquqi qiymətləndirmə prosedurları həyata keçirilir.

Qanun pozuntusu faktı təsdiqini taparsa, həmin yayımçıya qarşı müvafiq sanksiya (o cümlədən, yayımın dayandırılması) tətbiq olunur.

Sorğuda qeyd edilən və son 1-2 gündə sosial mediada gündəm olan proqrama gəlincə bildirmək istəyirik ki, həmin proqram tərəfimizdən monitorinq olunub. Monitorinq nəticəsində yayım zamanı qanunvericilik pozuntusu aşkar edilməyib.

İctimai narazılığa səbəb olan fikirlər proqrama ekspert qismində dəvət almış şəxs tərəfindən səsləndirilib. Proqramın aparıcıları həmin fikrə dəstək göstərməyib və ya təbliğini həyata keçirməyiblər.

Həmçinin, proqramda ekspert qisminmdə iştirak edən digər şəxslər də həmin fikrə etirazlarını bildiriblər. Ümumən proqram müzakirə formatında olduğundan müxtəlif, hətta bir-birinə əks və təzadlı fikirlərin səsləndirilməsi adi haldır”.

“Həmin ekspertin fikrinə və onun doğurduğu ictimai reaksiyaya gəlincə, yayımçılara tövsiyə edirik ki, proqramlara ekspert və ya qonaq kimi dəvət etdikləri şəxslərin seçiminə xüsusi diqqət yetirsinlər. Əlavə olaraq qeyd etmək istərdik ki, Şura tərəfindən müraciətinizdə qeyd olunan məsələlər ilə bağlı yayımçıların rəhbər şəxsləri və redaksiyalarının məsul əməkdaşları ilə mütəmadi görüşlər, müzakirələr və dəyirmi masalar təşkil olunur, yayım zamanı qanunvericiliyə riayət olunması, ictimaiyyəti narahat edən məsələlərin həssaslıqla və obyektiv işıqlandırılması istiqamətində zəruri tövsiyələr verilir”, - qurum rəsmisi əlavə edib.

Son xəbərlər