Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib | 18:54 Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün! | 18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Qayınana, qayınata və baldız birləşib gəlini döydü - Bu qədər cərimələndilər

11.04.2025 20:53 1 272
Qayınana, qayınata və baldız birləşib gəlini döydü - Bu qədər cərimələndilər
Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib. Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.

Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.

Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.

Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıblar.

Son xəbərlər