Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

MTRŞ sədri: "Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir"

22.02.2019 23:00 2 064
MTRŞ sədri:
Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir. Median.Az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır:

"Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir".

MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur:

"Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik".

N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır: "Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır".

Son xəbərlər