Mojo.az Banner
15:09 Elektronika mağazasından oğurluq edən şəxs saxlanıldı  |     13:33 Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü - Video  |     13:29 Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? - Video  |     13:18 https://median.az/206805-resad-ehmedeliyev-vezifesinden-azad-olundu-sehid-ailelerinin-problemlerini-hell-etmrms.html  |     13:16 Rəşad Əhmədəliyev vəzifəsindən AZAD OLUNDU - Şəhid ailələrinin problemlərini HƏLL ETMİRMİŞ  |     13:08 Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM (Video)  |     13:06 Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək  |     12:57 Rüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı  |     12:40 Gədəbəydə körpə qızdırmadan ölüb  |     23:01 Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?  |     22:56 Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır  |     22:50 Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir  |     22:43 Ermənistan hava məkanını bağlayır  |     22:35 "5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi  |     22:30 Qobustanda yeni qayaüstü təsvirlər aşkarlanıb  |     22:22 Ermənistanda general axtarışa verildi  |     22:15 Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!  |     22:10 Sabirabadda 18 yaşlı qızın meyiti tapıldı  |     22:03 Azərbaycanda dolların məzənnəsi dəyişəcək? - Rəsmi açıqlama  |     21:57 Azərbaycanda uşaqlara qoyulan yer adları: Salyan, Şəki, Laçın...  |    
Left Banner
Right Banner

Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA

27.10.2023 22:19 642
Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA
Uzun illərdir Azərbaycan telekanallarında bayağı verilişlərin sayı durmadan artır.

Verilişlərdə müzakirəyə çıxarılan mövzular məişət məsələlərindən, ailədaxili münaqişələrdən, qayınana-baldız söhbətləri çəçivəsindən kənara çıxmır.

Elə bir neçə gün əvvəl psixoloq Əfsanə Rüstəmovanın efirdə səsləndirdiyi “Həyat yoldaşı 3 min manatlıq emosional ehtiyacını qarşılamırsa, qadının boşanmaq kimi hüququ var”, fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu cür fikirlərin Azərbaycanda ailə sütunlarını sarsıtdığını bildirdi.

Maraqlıdır, Audiozivual Şura bu məsələlərlə bağlı monitorinq aparırmı, ümumiyyətlə hansı addımların atılması planlaşdırılır, bu cür bayağı, aşağısəviyyəli verilişlərin yayımının dayandırılması, yaxud yayımçılara xəbərdarlıq edilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Qafqazinfo”ya bildirib ki, Şura proqramların aşağı və ya yuxarısəviyyəli olmağını müəyyən etmir:

“Buna görə də, sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Səlahiyyətləri çərçivəsində Şura efirə getmiş proqramların monitorinqini aparır.

Yayım zamanı “Media haqqında” və ya digər qanunların tələblərinin pozulması faktları aşkarlandıqda və ya bununla bağlı şikayət daxil olduqda Şura tərəfindən monitorinq və zəruri hüquqi qiymətləndirmə prosedurları həyata keçirilir.

Qanun pozuntusu faktı təsdiqini taparsa, həmin yayımçıya qarşı müvafiq sanksiya (o cümlədən, yayımın dayandırılması) tətbiq olunur.

Sorğuda qeyd edilən və son 1-2 gündə sosial mediada gündəm olan proqrama gəlincə bildirmək istəyirik ki, həmin proqram tərəfimizdən monitorinq olunub. Monitorinq nəticəsində yayım zamanı qanunvericilik pozuntusu aşkar edilməyib.

İctimai narazılığa səbəb olan fikirlər proqrama ekspert qismində dəvət almış şəxs tərəfindən səsləndirilib. Proqramın aparıcıları həmin fikrə dəstək göstərməyib və ya təbliğini həyata keçirməyiblər.

Həmçinin, proqramda ekspert qisminmdə iştirak edən digər şəxslər də həmin fikrə etirazlarını bildiriblər. Ümumən proqram müzakirə formatında olduğundan müxtəlif, hətta bir-birinə əks və təzadlı fikirlərin səsləndirilməsi adi haldır”.

“Həmin ekspertin fikrinə və onun doğurduğu ictimai reaksiyaya gəlincə, yayımçılara tövsiyə edirik ki, proqramlara ekspert və ya qonaq kimi dəvət etdikləri şəxslərin seçiminə xüsusi diqqət yetirsinlər. Əlavə olaraq qeyd etmək istərdik ki, Şura tərəfindən müraciətinizdə qeyd olunan məsələlər ilə bağlı yayımçıların rəhbər şəxsləri və redaksiyalarının məsul əməkdaşları ilə mütəmadi görüşlər, müzakirələr və dəyirmi masalar təşkil olunur, yayım zamanı qanunvericiliyə riayət olunması, ictimaiyyəti narahat edən məsələlərin həssaslıqla və obyektiv işıqlandırılması istiqamətində zəruri tövsiyələr verilir”, - qurum rəsmisi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner