Mojo.az Banner
19:36 "Trabzonspor" Məhəmməd Salahın maaşını açıqladı - Fantastik məbləğ  |     19:29 "Bu addım atılsa, hər kəs avtobuslara yönələcək" - Nazir müavini  |     19:23 Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?  |     19:17 Təcavüz ittihamlarına görə Kennedi haqqında filmdə baş rolu itirdi  |     19:10 "Sistem haradan biləcək ki, kim kimin qohumudur?" - Əkrəm Həsənov izah edir  |     19:05 Boşanmadan sonra aliment ödənişi - Qanun nə deyir?  |     18:56 Bu il azərbaycanlı turistlər xaricdə nə qədər pul xərcləyib?  |     18:51 Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - Video  |     18:44 Hər beş Z nəslindən biri iş müsahibəsinə valideynləri ilə gəlir - WSJ  |     18:39 Orqanizmə gündə nə qədər lif lazımdır? - Qastroenteroloqlar açıqladı  |     18:34 Bir aydır Zeynəbdən xəbər yoxdur  |     18:25 Məleykə Abbaszadədən abituriyentlərə müraciət: "Yaxın günlərdə..."  |     18:20 Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu  |     18:13 “Qarabağ”da yeni məşqçi təyinatları  |     18:08 Naxçıvanda altı ayda axtarışda olan 961 şəxs saxlanılıb  |     18:01 Bu mallarla əlaqədar idxal nəzarət mexanizmi yaradılır  |     17:56 Paytaxtda iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO  |     17:51 Hansı məcburi köçkünlərə aylıq müavinət verilməyəcək? - "Qaçqınkom" açıqladı  |     17:44 Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?  |     17:38 Bakıda ofis yandı  |    
Left Banner
Right Banner

Rusiyalı ekspert: “Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”

28.07.2021 16:32 798
Rusiyalı ekspert: “Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır”
“Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan - Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər:

“Erməni politoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək:

“Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada söhbət Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

“Ermənistan üçün sülh sazişi imzalamaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, - deyə rusiyalı ekspert bildirib.

“ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi sadəcə kiçik bir diplomatik fənddir” - deyən rusiyalı politoloq vurğulayıb ki, əslində, Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb etmir:

“Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq”.скачать dle 11.3
Mojo.az Banner