Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" |
Mojo.az Avto
Mojo.az Avto

“Lido” restoranında qanun pozuntuları aşkar edilib

25.06.2021 20:12 951
“Lido” restoranında qanun pozuntuları aşkar edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən gün Binəqədi qəsəbəsi, Atatürk prospekti, 69 ünvanındakı Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirib. Nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.

Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Sahibkar barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.

Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edib.

Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.

"Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib", - deyə Xidmət bəyan edib.

Son xəbərlər