Mojo.az Banner
17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     17:35 Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB  |     17:26 Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?  |     17:18 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU  |     16:58 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? (Video)  |     16:53 Çəmbərək yaxınlığında erməni əsgərinin ölümünə görə qərargah rəisi saxlanıldı  |     16:23 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:09 Ötən gün 25 nəfər saxlanılıb  |     16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |     14:41 Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı  |    
Left Banner
Right Banner

Şadlıq evi və istixanalarda yoxlama: Sahibkarlara xəbərdarlıq edildi

11.06.2019 17:43 2 153
Şadlıq evi və istixanalarda yoxlama: Sahibkarlara xəbərdarlıq edildi
2019-cu ilin beş ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub.

Bu barədə oxu.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu artımın əksəriyyəti - 66 mini qeyri-dövlət sektorunun payına düşür.

Qeyd olunub ki, iqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunur.

Bu baxımdan, Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib.

May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilən faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilən faktlara hüquqi qiymət veriləcək.

Qeyd edilməlidir ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə
minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcək.

Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.скачать dle 11.3
Mojo.az Banner