Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü

20.05.2021 19:53 900
İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü
İçərişəhərdə yerləşən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Buzovna qəsəbəsində yerləşən korpusuna köçürülüb.

"Report" xəbər verir ki, bu İnklüziv Mərkəz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycanda inklüziv təhsilin təşviqinə yönəlmiş layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və İçərişəhər Administrasiyası tərəfindən birgə təsis edilib.

“Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” adlı üçillik layihənin əsas məqsədi əlilliyi olan uşaq və gənclərin ehtiyaclarına uyğunlaşdırılmış inklüziv peşə təhsil proqramlarına çıxış imkanlarının artırılmasına kömək etməkdir.


Layihə nəticəsində, 112 nəfər əlilliyi olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb; 20 nəfər müxtəlif çətinlikləri olan tələbə isə özünüməşğulluq layihələrini kiçik qrantlar əldə etmək üçün təqdim edib; əlavə olaraq 50 video dərs hazırlanaraq layihənin “YouTube” kanalında yerləşdirilib və bütün vətəndaşların istifadəsinə verilib, eləcə də ənənəvi incəsənət sahələri üzrə 4 kurikulum və 11 tədris modulu hazırlanıb və müvəffəqiyyətlə sınaqdan keçirilib.

Bundan əlavə, incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. Məqsəd, qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub.

Layihə eyni zamanda Buzovnada yerləşən peşə təhsil müəssisəsində müvafiq lift inşa edərək Mərkəzə müyəssər girişi təmin edib. Həmçinin, yeni avadanlıq və materiallar təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası olaraq istifadəyə verilib.


Layihə çərçivəsində suvenir istehsalı ilə bağlı bir sıra ustad dərsləri təşkil edilib və vitraj suvenirlərinin istehsalı üzrə yeni inklüziv kurs sınaqdan keçirilib.

Bu inklüziv mərkəzin adıçəkilən peşə təhsil müəssisəsinə köçürülməsi ilə, Peşə Təhsili üzrə Dövlət Agentliyi öz növbəsində, inklüziv təhsil proqramlarını davam etdirmək və inklüziv təhsilin peşə təhsili şəraitində inteqrasiyasını daha da inkişaf etdirmək niyyətindədir. “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” layihəsinin nailiyyətlərini əldə tutaraq həmin istiqamətdə davam etdirmək, həmçinin əlilliyi olan tələbələrə davamlı dəstəyin təmin edilməsi məqsədilə bu sahədə çalışan mütəxəssislər üçün yaxın gələcəkdə əlavə olaraq, potensialın artırılması proqramları da nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner