Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.