Mojo.az — elanlar
Son Xəbərlər
19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

14.10.2026 15:19 255
Prezident:
"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

"Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.

İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir.

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib. İndiyədək 600 hektar meşə fondu bərpa olunub. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır", - deyə müraciətdə qeyd edilib.

Son xəbərlər