Mojo.az Banner
23:01 Rusiya Ermənistan məhsullarının qonşu ölkələrə göndərilməsinə icazə verməyəcək  |     22:54 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq  |     22:46 Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı  |     22:34 Azərbaycanda hansı rayonda nə qədər qazi var? - TAM SİYAHI  |     22:25 Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq  |     22:20 Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - Video  |     22:14 Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO  |     22:06 Beyləqanda 11-ci sinif şagirdi vəfat edib  |     22:00 Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla  |     21:53 Futbol bayramı başladı: Möhtəşəm açılış mərasimi keçirilir - CANLI YAYIM  |     21:47 "Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı  |     21:39 Sabunçuda tonlarla narkotik məhv edildi - Video  |     21:27 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var  |     21:22 Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO  |     21:09 Tanınmış aktrisa vəfat etdi  |     21:02 Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər  |     20:57 Qubada hotel otağında meyit tapıldı  |     20:51 Çörəyi necə saxlamaq lazımdır ki, bayatlamasın?  |     20:44 Marşrut avtobusları niyə kondisionerləri işə salmır? - AYNA-dan XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Elxan Poluxova yeni vəzifə verilib

14.05.2021 17:59 1 197
Elxan Poluxova yeni vəzifə verilib
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə məktub CARİCOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.

E.Poluxov bu təşkilatı regional təhlükəsizliyin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirib, rəsmi Bakının bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.

Azərbaycanın dünya arenasında özünə məxsus yer tutduğunu bildirən E.Poluxov, qlobal çağırışlara, humanitar böhranlara biganə qalmadığını, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə beynəlxalq təşəbbüslərə daim dəstək verdiyini diqqətə çatdırıb. Bundan əlavə regionda və ümumiliklə dünyanın hər bir guşəsində təhlükəsizliyin və əminəmanlığın vacibliyi xüsusi qeyd edilən, Azərbaycanın neçə illəridir ki, erməni təcavüzü ilə üz-üzə qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilib və 44 günlük Vətən müharibəsinin nəticələrinə dair məlumat verib.

İ.Larok səfir E.Poluxovu təyinatı münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Baş katib Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübəsini CARİCOM təşkilatı ilə bölüşdüyünə ümidvar olduğunu vurğulayıb. Hazırda bütün dünyanı narahat edən COVID-19 pandemiyası, ekoloji və təbii təhlükələr ilə birgə mübarizənin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlığın vacibliyi də qeyd olunub.

Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.скачать dle 11.3
Mojo.az Banner