Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliyada jurnalistlər erməni təcavüzü barədə məlumatlandırılıb

08.10.2020 22:20 1 570
Braziliyada jurnalistlər erməni təcavüzü barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyində bir qrup yerli və xarici mətbuat orqanlarının nümayəndələri üçün brifinq keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirə toplaşan otuza yaxın mətbuat nümayəndələri qarşısında çıxış edən səfir Elxan Poluxov 27 sentyabrda ölkəmizə qarşı başlayan növbəti erməni təcavüzü və ona layiqli cavab haqqında məlumat verib.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq qanununların norma və prinsiplərinə söykəndiyini deyib. Münaqişənin həllinin əsas prinsiplərini formalaşdıran 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi 4 qətnaməyə toxunan E.Poluxov qətnamələrin hazırlanması və qəbulunda o zaman şuranın qeyri-daimi üzvü olan Braziliyanın iştirakını da xatirladıb və sonradan 27 il ərzində beynəlxalq aləm tərəfindən onların yerinə yetirilməsinin tələb edilmədiyini vurğulayıb.

Ermənistanın beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın mülki və sənaye infrastrukturları, neft və qaz boruları, su anbarları və yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutduğu və buna görə məsuliyyət daşıyacağı da bildirilib. Braziliyada çoxsaylı erməni icmasının yaşadığını söyləyən səfir Ermənistan rəhbərliyinin erməni diasporu vasitəsi münaqişə zonasına xarici muzdluların cəlb etdiyini də jurnalistlərin nəzərinə çatdırılıb.

Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Tədbir zamanı jurnalistlərə münaqişəyə aid video və fotoçarxlar nümayiş etdirilib və məlumat qovluqları paylanılıb.

скачать dle 11.3
Mojo.az Banner