Mojo.az Banner
22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliya telekanalında Ermənistanın Azərbaycan ərazisini işğalından bəhs edilib - VİDEO

21.09.2020 11:29 873
Braziliya telekanalında Ermənistanın Azərbaycan ərazisini işğalından bəhs edilib - VİDEO
Braziliyanın aparıcı “Rebe TV2" telekanalında “Por Brasilia” ("Braziliya ətrafında") proqramı çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi yayımlanıb.

Səfirlikdən verilən məlumata görə, E.Poluxov müsahibəsində Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.

Müsahibədə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.

Müsahibədə səfir ölkəmizdə COVID-19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.

Müsahibə telekanalda ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin sosial şəbəkələr vasitəsilə də yayımlanır.скачать dle 11.3
Mojo.az Banner