23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

Bahalı iftar süfrələri: Restoranlar qiymətləri kəllə-çarxa qaldırıb

Ötən ilə müqayisədə bu il restoranlarda iftar menyularının qiymətləri xeyli artıb. Bunun əsas səbəbi isə pandemiya ilə izah olunur.

Sputnik Azərbaycan restoranlardakı iftar menyularının qiymətlərini öyrənib.

"Zafo Pub & Restaurant"da iftar menyusunun qiyməti 16 manatdır. Menyuya salat, isti yemək, şorba, içki, qarnir və desertlər daxildir.

Salat olaraq 3 çeşid, isti yemək olaraq 4 çeşid, şorba olaraq 3 çeşid, qarnir olaraq 3 çeşid, desert olaraq isə xurma və paxlava təklif edilir.

"Buta Art Club"da isə iftar menyusunun qiyməti 12 manatdır. Menyuya 3 çeşid salat, 3 çeşid şorba, kabab və dolmadan ibarət müxtəlif çeşidlər daxildir. Məsələn, tikə kabab, lülə kabab, toyuq kababı, toyuq lülə kababı, yarpaq dolması, kələm dolması, taxta içi quzu (quzu əti, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), taxta içi toyuq (toyuq filesi, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), səbzi plov, mal ətindən qovurma (mal əti, kartof, pomidor), çoban qovurması (mal əti, bolqar bibər, göbələk, pomidor), "Stroganoff" (toyuq filesi, qaymaq, göbələk), file qovurması (toyuq filesi, kartof, pomidor), qarnirlər və içkilər daxildir".

"The Mood Bistro&Grill"-də isə iftar menyusu 25-30 manat arasında dəyişir.

"Dreamland"da isə iftar menyusu 30-35 manat arasında dəyişir. İftar menyusuna şorba, zeytun növləri, yunan salatı, quzu kababı, desert olaraq mövsüm meyvələri və ərəb xurması, həmçinin içkilər daxildir.

"Prive Steak Gallery Baku"da bir nəfərlik iftar menyusunun qiyməti 45 manatdır.

Azərbaycanın ən bahalı restoranı hesab edilən "Teleqüllə"də isə 2 nəfərlik menyunun qiyməti 55 manatdır. Öncədən depozit olaraq 20 manat ödənilir və həmin pul da menyuya daxildir. Menyuya isə isti, soyuq yeməklər, salat və içkilər daxildir.

Bir çox restoranlar qiymətlərin daha öncəki illə müqayisədə artdığını bildirir. Onlar bunun səbəbini pandemiyanın olması və bir müddət restoranların bağlı qalması ilə izah edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 080 24.04.21 23:02