Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı |
Mojo.az Avto
Mojo.az Avto

Dini Komitə rəsmisindən iftar tövsiyələri

10.04.2021 14:59 1 065
Dini Komitə rəsmisindən iftar tövsiyələri
Azərbaycanda aprelin 14-də Ramazan ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında bildirilir.

Fətvada koronavirusa yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsi tövsiyə edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov Oxu.Az-a açıqlamasında QMİ-nin fətvasını təqdir etdiyini bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə iftar məclislərinin keçirilməsi doğru deyil.

“İftar süfrələri yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır”, - deyə G.İsmayılov bildirib.

Komitə sədrinin müavini iftarın fəlsəfəsini da açıb. O bildirib ki, iftar ehtiyacı olan və ya normal səviyyədə iftar açmaq imkanı olmayan insanları Allaha xatir doyurmaqdır.

“İftarın fəlsəfəsində həm də imkansızlara əl uzatmaq dayanır. Bunu etmək üçün isə yalnız iftar süfrəsi açılmasına gərək yoxdur”.

G.İsmayılov söyləyib ki, iftar süfrəsi açmaq imkanı olanlar ona xərcləyəcək pulu və ya ərzağı imkansızlara verə bilər.

Son xəbərlər