Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

Kütləvi iftar süfrələrinin təşkili ilə bağlı RƏSMİ AÇIQLAMA

15.04.2021 18:57 636
Kütləvi iftar süfrələrinin təşkili ilə bağlı RƏSMİ AÇIQLAMA
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini xatırladıb ki, hazırda ölkədəki məscidlər fəaliyyət göstərmir: “Onların fəaliyyəti üçün hələ ki, münbit şərait yoxdur. Çünki pandemiya şəraiti buna imkan vermir. Ona görə də məscidlərimiz, ziyarətgahlarımız bağlıdır. Sevindirici haldır ki, dindarlarımız da bunu anlayışla qəbul edirlər. Çünki virus və onun yaratdığı fəsadlar hər birimizə bəllidir”.

“Adətən, Ramazan ayında yardımlaşma, bir-birini ziyarət etmə və kütləvi iftar mərasimləri təşkil edilir və dinimiz də bunu təqdir edir. Amma QMİ-nin fətvasında buna toxunulub ki, belə iftarların təşkil edilməsi məqsədəuyğun deyil və yolverilməzdir. Buna həm də mövcud vəziyyət və qəbul edilmiş qərarlar imkan vermir. Ona görə də dindarlarımıza tövsiyə edirik ki, iftar süfrələrini öz evlərində ailə üzvləri ilə birlikdə açsınlar”, - deyə o, əlavə edib.

G.İsmayılov qeyd edib ki, kütləvi iftar süfrəsi açmaq istəyən insanlar ona xərcləyəcəkləri vəsaiti imkansızlara yönəldə bilər:

“Bizim məscidlərimizin icmaları, din xadimləri var. Onlar artıq belə kampaniyaya başlayıblar ki, xeyir əməl etmək istəyənlər onlara müraciət edə bilər və bununla da iftara sərf olunacaq vəsait icmaya köçürülə bilər. Həmin vəsait isə təbii ki, ehtiyacı olan insanların iftarı üçün nəzərdə tutulub”.скачать dle 11.3