Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı

13.04.2021 13:37 2 190
Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı
Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq.

İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilərlər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcəklər.

Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:

"Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib".

H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:

"Əlbəttə, iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır.

Ona görə də elmi mütəxəssislər bizə deyirsə ki, kütləvi toplaşmaq yoluxmanı artırır, demək, dinimiz də bizdən qaydalara riayət etməyi tələb edir".скачать dle 11.3
Mojo.az Banner