Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Namaz qılmayan oruc tuta bilərmi? - Hacı Şahin aydınlıq gətirdi

02.05.2019 19:30 6 353
Namaz qılmayan oruc tuta bilərmi? - Hacı Şahin aydınlıq gətirdi
Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Median.Az
milli.az-a istinadən xəbər verir ki, bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb:

"Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir "Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə". O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər".

Qeyd edək ki, ilahiyyatçı SƏS-TV-nin canlı yayımında qonaq olub.

Xatırladaq ki, fətvaya əsasən, Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacaq. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.скачать dle 11.3

Son xəbərlər