Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsirlikdən qayıdan Bayramın şikayəti var

23.04.2021 23:33 864
Əsirlikdən qayıdan Bayramın şikayəti var
“Hələ də əsirlikdə verilən işgəncələrin yerləri ağrıyır, gecələr ağrıdan zarıyıram. Otura, qaça bilmirəm, səhhətimdə ciddi problemlər var. Bütün bunlara baxmayaraq, indiyə kimi mənə əlillik təyin olunmayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya Vətən müharibəsi zamanı düşmənə əsir düşən və bir aya yaxın Ermənistanda əsirlikdə qaldıqdan sonra Vətənə qaytarılan Bayram Kərimov müraciət edib.

Onun sözlərinə görə, səhhətindəki problemlər səbəbindən əlillik təyinatı üçün yaşadığı Gəncə şəhərində tibb müəssisəsinə müraciət edib. Oradan bildirilib ki, Bakıdakı hərbi hospitaldan şəhadətnamə gətirməlidir ki, Əlillik Alt Sisteminə forma 88 daxil edilsin. Şikayətçi iddia edir ki, vəziyyəti ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında ədalətli araşdırılma aparılmayıb və onu xidmətə yararlı kimi göstəriblər:

“Noyabrın 8-də Şuşa, Xankəndi istiqamətində döyüşlərdə ağır yaralandım. Yolun qırağında qaldım. Qanaxmam çox olduğuna görə huşumu itirdim, ermənilərin dediklərinə görə, məni noyabrın 11-i tapıblar. Ayıldanda gördüm ki, əllərim qandaldadır, ayaqlarımı bağlayıblar. Başımın altına sərt yastıq qoydular ki, hər şeyi gözümlə görə bilim. Nə narkoz, nə də keyidici vurdular. İşgəncə verə-verə 3 saat əməliyyat elədilər, qarnımı yarıb, bağırsağımı töküb 2 güllə çıxarıblar. Hospitalda isə deyirlər ki, yarıb eləcə tikiblər, guya gülləni belimdən çıxarıblar və xidmətə yararlıyam, mənə əlillik düşmür. Necə yararlıyam ki, otura bilmirəm, ağrıdan zarıyıram? Ağrılarım həddindən artıq çoxdur, sümüklərin sızıldayır. Sağ tərəfimdə ümumiyyətlə keyimə gedir. Dərdimi deyirəm həkimlər bir-birinə ötürürlər. Sənədlərə ağızlarına gələni yazıb ancaq əsəb verirlər. Axırda bezib sənədləri də üstlərinə tullayıb çıxıb gəlmişəm”.

Şikayətlə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Bayram Kərimovun sənədlərinə yenidən baxılacaq və bu barədə məlumat veriləcək.

Qeyd edək ki, 29 yaşlı Bayram Kərimov könüllü olaraq Vətən müharibəsinə qoşulub və noyabrın 11-də əsir götürülüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dekabrın 14-də Azərbaycana qaytarılıb.


скачать dle 11.3
Mojo.az Banner