Mojo.az Banner
Left Banner
Right Banner

Bu il Azərbaycanda neçə nəfərə əlillik təyin olunub?

08.09.2025 13:22 789
Bu il Azərbaycanda neçə nəfərə əlillik təyin olunub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36.2 min şəxsə əlillik təyin edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 16.2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.скачать dle 11.3
Mojo.az Banner