Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kənd yerlərində ASM müdirlərinin maaşlarına əlavələrin məbləği AÇIQLANDI

23.04.2021 18:51 1 056
Kənd yerlərində ASM müdirlərinin maaşlarına əlavələrin məbləği AÇIQLANDI
Kənd yerlərində Ailə Sağlamlıq Mərkəzlərinin (ASM) bölmə müdirlərinin maaşları da tənzimlənir.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, kənd yerlərində geniş funksionallığı olmayan məhdud sayda xidmətlər təklif edən kənd həkim məntəqələri olur:

“Əgər hansısa kənddə Ailə Sağlamlıq Mərkəzi (ASM) statusunda tibb müəssisəsi yerləşirsə, o zaman onun bölmə müdiri rəhbər şəxs kimi 100 manat məbləğində əlavə alır. Ondan başqa ASM həkimi kimi də 300 manat məbləğində əlavə alır. Yəni, bölmə müdiri olan həkim öz maaşından əlavə cəmi 400 manat məbləğində əlavə alır”.

Yadigar Mahmudzadənin sözlərinə görə, Ailə Sağlamlıq Mərkəzində çalışan tibb bacılarının maaşlarına 80 manat məbləğində əlavələr nəzərdə tutulur.

O bildirib ki, baş tibb bacısı isə rəhbər vəzifə hesab olunur:

“Buna görə onlara vəzifə maaşı ilə sabit həvəsləndirici əlavənin cəminin 15 faizi məbləğində əlavə vəsait hesablanır”.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner