Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb işçilərinə ödəniləcək əlavələrlə bağlı yeni qaydalar hazırlandı

23.04.2021 16:34 1 338
Tibb işçilərinə ödəniləcək əlavələrlə bağlı yeni qaydalar hazırlandı
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həm tibb, həm də qeyri-tibb işçilərinin əməyinin qiymətləndirilməsi, həvəsləndirici tədbir olaraq mövcud əmək bazarı şərtlərinə uyğunlaşdırılması məqsədilə yeni qaydalar hazırlanıb.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, bu qaydalar 2020-ci ilin yanvar ayından tətbiq edilir:

“2020-ci ildə ilk olaraq Azərbaycanın şimal rayonlarında tibb müəssisələri İcbari Tibbi Sığorta Sisteminə keçiblər və bu qaydalar ötən ildən həmin tibb müəssisələrində tətbiq edilir. Növbəti mərhələ olaraq bu ilin yanvar ayından cənub və qərb rayonlarında, apreldən isə Bakı və Abşeron yarımadasında bu əməkhaqqı qaydaları tibb müəssisələrinin tibb və qeyri-tibb işçiləri üçün tətbiq edilir”.

Y.Mahmudzadə tibb işçilərinin əmək haqlarının hesablama qaydaları ilə bağlı da məlumat verib:

“Bu, vəzifə maaşı və müxtəlif əlavələrdən asılıdır. Bu əlavələr fasiləsiz əmək stajına, gecə növbəsində görülən işə, təhlükəli və ağır, xüsusi təhlükəli və ağır iş şəraitinə, ixtisas dərəcəsinə görə təyin olunur və bununla bağlı həvəsləndirici əlavələrimiz var. Bu əlavələr isə həm sabit, həm də əməyin nəticələrindən asılı olur və bonus adlandırılır.

Sabit əlavələr müəyyən vəzifələrə bağlıdır. Bəzi həkim ixtisasları var ki, ay ərzində göstərdikləri xidmətin nəticələrindən asılı olaraq həmin əlavələr hesablanır və onların əsas əməkhaqlarına əlavə olaraq ödənilir. Həmin həvəsləndirici əlavələr əmək haqqından qat-qat çox olur”.скачать dle 11.3
Mojo.az Banner