Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tural Abbaslıdan Kəramətə CAVAB - “Bizi tənqid edib kirayə pulunu verəcəksə...” - FOTOFAKT

23.04.2021 15:59 1 716
Tural Abbaslıdan Kəramətə CAVAB - “Bizi tənqid edib kirayə pulunu verəcəksə...” - FOTOFAKT
Son zamanlar yazıçı, jurnalist Kəramət Böyükçölün AĞ Partiya başqanı Tural Abbaslını tənqid və təhqir etməsi sosial şəbəkələrdə  müzakirə obyektinə çevrilib. K.Böyükçöl mütəmadi olaraq partiya başqanı haqqında Facebook sosial şəbəkəsində paylaşımlar edərək onu təhqir edir. 

T.Abbaslı isə Kəramətin tənqid və təhqirlərlə dolu mesajlarına heç bir cavab vermir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan partiya başqanı onun haqqında tənqid dolu mesajlar yazan Kəramət Böyükçölü ona cavab verəcək dərəcədə ciddiyə almadığını bilridib.

Onun sözlərinə görə, yazıçıya bundan sonra da fikir verməməkdə qərarlıdır.

“Məlum “dostumuzu” ciddi, ictimai insan hesab etmirəm ki, onun dediyi fikirlərə görə hansısa tədbir görüm. Adamdı, bir də görürsüz ayıq olmur və ya kirayə pulunu tapa bilmir, yazır. Ona görə qoy yazsın, problem deyil. Əslində bu, dolayısı ilə onun ictimaiyyət tərəfindən qəbul olunmamağın bir etirazıdır. Həmin “dostumuz” mənim həftələrlə yadıma düşmür. Əgər biz onun yadına düşürüksə, demək daha aktivik və inkişaf edirik. Əminəm ki, yazdıqları tənqid və təhqirlərin mahiyyəti, səbəbi zamanla üzə çıxacaq”. 

Söhbət əsnasında Tural Abbaslı bildirib ki, bir insan haqqında saxta ictimai rəy formalaşdırmaq olmaz. 

“Xalqın gözü tərəzidir, onu aldatmaq mümkün deyil. O zamanlar tarixə qovuşub. Bundan sonra da  mənim nə hüquqi müstəvidə, nə də ictimai olaraq Kəramətə cavab vermək fikrim yoxdur. Kimsə bizi tənqid edib kirayə pulunu verə biləcəksə, təhqir edib günorta yeməyi tapa biləcəksə, qoy etsin. Nə ziyanı var ki, o da insandır qoy dolansın”.







скачать dle 11.3
Mojo.az Banner