Azərbaycanda daha iki məktəb bağlandı
Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.
Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.
Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Son günlər digər rayonlarda da bir neçə məktəb distant təhsilə keçib.