Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağı ilə bağlı nəticələr AÇIQLANDI

16.04.2021 18:57 786
Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağı ilə bağlı nəticələr AÇIQLANDI
Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci illə bağlı hasilat proqnozunu açıqlayıb.

Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, 2021-ci il üzrə şirkət 48 000 - 54 000 unsiya dəyərində qızıl hasil etməyi proqnozlaşdırır. 2020-ci il ərzində faktiki qızıl hasilatı 56 864 unsiyanı təşkil edib.

Həmçinin, cari ildə 2 500 - 2 800 ton mis hasil edilməsi planlaşdırılır ki, ötən il faktiki hasilat 2 591 ton olub. 2021-ci ilin proqnozunda yeni müqavilə sahələri üzrə hasilat nəzərdə tutulmayıb.

“Anglo-Asian Mining Plc” şirkətinin icraçı direktoru Reza Vəziri bildirib ki, 2020-ci ildə ehtiyatları tükənən “Uğur” yatağından hasilat gözlənilmədiyindən qızıl hasilatının daha az olacağı proqnozlaşdırılır:

Bu il ərzində qızıl hasilatı “Gədəbəy” və “Qədir” yataqları üzrə aparılacaq. Çoxlu sayda filiz əldə etdiyimiz “Gədəbəy” yatağından mis hasilatında artım gözləyirik”.

O əlavə edib ki, 2020-ci ildəki uğurlu kəşfiyyat proqramı bu il də davam etdiriləcək:

“Zəfər” yatağı üzrə qazma fəaliyyətinin nəticələri ümidvericidir və hazırda mənbələrin dəyərləndirilməsi üzrə üçüncü tərəflərlə müzakirələr aparılır. Hazırda bərpa edilmiş müqavilə sahələrinin potensialını qiymətləndirilir. Zəngilanın “Vecnəli” müqavilə sahəsi üzrə dəyərləndirmələr zamanı yüksək dərəcədə filiz ehtiyatlarının və onların daşınmasının məqsədəuyğun olduğu müəyyən edilib”.скачать dle 11.3
Mojo.az Banner