Mojo.az Banner
19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Anglo-Asian Mining” qızıl külçələrinin istehsalını 10 %-dək artırıb

14.07.2021 18:06 1 875
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ilk yarım ilində hasil edilən qızıldan istehsal edilən külçələrin satışından əldə edilən gəlirlərini açıqlayıb.

“Report”un şirkətin açıqladığı hesabata əsasən, şirkət bu ilin ilk yarım ilində 13 947 unsiya qızıl külçələrinin satışını həyata keçirib. 2020-ci ilin ilk yarım ilində şirkət tərəfindən istehsal etdiyi qızıl külçələrinin həcmi 12 743 unsiya təşkil edib ki, bu da illik müqayisədə 9,45 % çoxdur.

Bu ilin ilk yarım ilində satılan hər unsiya qızılın orta qiyməti 1 808 ABŞ dolları təşkil edib. 2020-ci ilin ilk yarım ilində bu rəqəm 1 713 ABŞ dolları olub ki, bu da illik müqayisədə 95 ABŞ dolları və ya 5,54 % çoxdur.

Şirkət 2021-ci il üzrə hasilat proqnozunu da açıqlayıb. Belə ki, bu il ərzində 48 000 - 54 000 nsiya arasında qızıl və 2 500 - 2 800 ton arasında mis istehsal etməyi nəzərdə tutur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.скачать dle 11.3
Mojo.az Banner