Mojo.az Banner
17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı övladını atıb Türkiyəyə qaçan qadından XƏBƏR VAR

16.04.2021 12:40 759
Azyaşlı övladını atıb Türkiyəyə qaçan qadından XƏBƏR VAR
Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.

Bu barədə onun bacısı Elnarə Arı sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı zəng edərək ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.

Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsilə işləmək üçün həmin ölkəyə üz tutub:

“Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıq əsassız imiş. Bacım tibb işçisidir və Türkiyədə yaşlılara baxaraq pul qazanmağa başlayıb. Bacıma haqq qazandıra bilmirəm. Məqsədi vətənə qayıdanda övladını yanına alıb başqa evə köçmək üçün lazım olan vəsaiti toplamaq imiş”.

Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib. Məlumat üçün bildirək ki, Əliyeva Cəmilə ailəlidir və azyaşlı övladı var.скачать dle 11.3
Mojo.az Banner