Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təcili Tibbi Yardımda çalışan heç bir işçi bir il ərzində məzuniyyətə getmədi - VİDEO

08.03.2021 13:26 1 020
Təcili Tibbi Yardımda çalışan heç bir işçi bir il ərzində məzuniyyətə getmədi - VİDEO
“Mart ayında təcili tibbi yardıma edilən çağırışların sayı artıb”.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, yaz aylarında mövsümi qriplərin sayında artım olduğu üçün vətəndaşlar korona simptomlarından şübhələnir və təcili yardıma müraciət edir:

“Buna görə, yanvar-fevralla müqayisədə hərarətlə bağlı təcili yardıma müraciətlərin sayı nisbətən artıb. Ümid edirik ki, əvvəlki yüksək yoluxma statistikası bir də geri dönməz. Əgər bu hal yenidən təkrarlanarsa, biz yenə də gücləndirilmiş rejimdə fəaliyyətimizi davam etdirəcəyik. Onsuz da pandemiya başlayandan gücləndirilmiş rejimində çalışırıq və təcili yardım işçilərinin heç biri demək olar ki, bir il ərzində məzuniyyətə çıxmadı”.

N.Fərzəliyeva onu da qeyd edib ki, vaksin olunan şəxslər tərəfindən də yüngül əks təsirlərlə bağlı təcili yardıma müraciətlər daxil olub:

“Vaksindən sonra bizə müraciət edən vətəndaşlarımız arasında ağır hala rast gəlmədik. Bəzi əlamətlərlə bağlı çağırışlar oldu və həkimlərimiz onları müayinə etdi. Məlum oldu ki, onların çoxu panika ilə əlaqədardır. Yüngül əlamətlərə görə ilkin tibbi yardım göstərilən cüzi sayda xəstələr də qeydə alındı”.скачать dle 11.3
Mojo.az Banner