Mojo.az Banner
21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Təcili tibbi yardım briqadalarının gecikmə səbəbləri AÇIQLANDI

01.07.2021 18:12 1 848
Təcili tibbi yardım briqadalarının gecikmə səbəbləri AÇIQLANDI
“Bəzən bizə müraciət edirlər ki, təcili tibbi yardım birqadalarının sayı azdır. Amma qeyd edim ki, təcili tibbi yardım briqadaları əhalinin sayına uyğun təyin edilir”.

Bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, yay mövsümü başlayanda əhalinin çoxu yay mövsümü zonalarına, o cümlədən Bakı kəndlərinə köçürlər:

“İlin başqa vaxtlarında təcili tibbi yardıma müraciətlər və xidmət normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır. Bundan başqa Bakı kəndlərinin əksəriyyətində çimərliklər mövcuddur və hər gün insanlar çimərliyə gedir. Müraciətlər arasında çimərlikdən gələn çağırışlar da çox olduğu üçün gecikmələr olur. Maksimum çalışırıq ki, gecikmələrə yol verməyək.

Təcili tibbi yardıma daxil olan müraciətləri hər zaman olduğu kimi çeşidləmə ilə gedirik. Məsələn, çimərlikdən boğulma və ya ağır günvurma ilə bağlı çağırışları qoyub, digər yüngül müraciətlərə briqada göndərə bilmərik. Yüngül çağırışlar gözləmə mövqeyində durur, briqadalar azad olduqca digər çağırışlara da yönləndiririk”.скачать dle 11.3
Mojo.az Banner