Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobus zolaqlarının 24 saat qüvvədə olduğu küçə və prospekt AÇIQLANDI

27.02.2021 14:32 1 397
Avtobus zolaqlarının 24 saat qüvvədə olduğu küçə və prospekt AÇIQLANDI
Paytaxt yollarında avtobus zolaqlarının çəkilməsinə yenicə başlanılıb. Hələ şəhərin çox az bir hissəsinə belə zolaqlar çəkilib. Bu, tıxacların qarşısının alınması üçün atılan addımdır.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

O bildirib ki, bu zolaqların şəhərin heç dördə birini təşkil etmir:

“Daha dəqiq desək, Bakıda cəmi 7 küçə və prospektdə avtobus zolaqları çəkilib. Həmin küçələrdə zolaqların qüvvədə olması vaxtla tənzimlənir.

Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir.

Məsələn Bayraq meydanından Azneft istiqamətində olan yolda əlavə avtobus zolağı var, lakin əks istiqamətində o zolağa ehtiyac yoxdur. Karantin rejimində bu yolda sıxlıq çox müşahidə edilməsə də, şəhərin girişi olduğu üçün günün pik saatlarında bu yolda tıxac müşahidə olunur. Biz burada əlavə avtobus zolağının olmasını təklif etdik və səhər saat 07:00-dən axşam saat 20:00-a qədər bu zolağa digər nəqliyyat vasitələrinin girişi qadağandır. Saat 20:00-dan sonra isə nəqliyyat vasitələri rahat hərəkət edə bilər”.

“Paytaxtın elə küçələri var ki, orada bu zolaqların vaxtı yoxdur. Əlavə avtobus zolaqları 24 saat qüvvədədir. Məsələn, paytaxtın Qara Qarayev prospekti, Rəşid Behbudov küçəsində intensiv hərəkət nəzərə alınaraq çəkilən əlavə avtobus zolağına 24 saat kənar nəqliyyat vasitələrinin girişi qadağandır”, - deyə Mais Ağayev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner