Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobus zolaqlarına nəzarətin gücləndirilməsi təklif edilir

22.05.2021 21:28 942
Avtobus zolaqlarına nəzarətin gücləndirilməsi təklif edilir
“Bakının mərkəzində-Rəşid Behbudov küçəsində, Atatürk prospektində Əhməd Rəcəbli küçəsində sürücülərin əksəriyyəti avtobus zolaqları ilə bağlı qaydalara əməl edirlər”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, sürücülər Qara Qarayev prospektində, Məhəmməd Hadi küçəsində, Gəncə prospektində, Babək prospektində avtobus zolaqlarının tələblərinə ciddi əməl etmirlər: “Sanki şəhər mərkəzində sürücülər üzərlərində bir nəzarət hiss edirlər, qaydalar əməl edirlər, lakin şəhər mərkəzinin kənarında isə təəssüf ki, bu, müşahidə edilmir”.

M.Ağayev deyib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davamlı olaraq aparılır: “Lakin burda əsas diqqət nəzarəti artırmağa yönəldilməlidir. Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirir. Amma avtobus zolaqlarının tələblərinə əməl edilməsi, sürücülərə sərt nəzarətin tətbiqi digər həmkar qurum olan Bakı Şəhər Dövlət Yol Polisi (DYP) tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyi yalnız həmin zolaq boyunca nəqliyyat vasitələrini qanunsuz park edən sürücülərə qarşı dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq edir”.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.скачать dle 11.3
Mojo.az Banner