Mojo.az Banner
16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO

13.01.2021 17:33 2 232
Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO
Hazırda qış fəsli olmasına baxmayaraq, hələ də Ucarda su problemi yaşanmaqdadır.

Baku TV xəbər verir ki, yay aylarında havaların həddindən artıq quraq keçməsi Ucar rayonunda su qıtlığına səbəb olub.

Rayonun Alpoud kəndi rayon mərkəzinə məsafə baxımından ən yaxın olsa da, əhali sayına görə ikinci yerdədir. Yay aylarında yaşanan susuzluq problemi hələ də bu kənddə davam edir.
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar, ya da 18-20 metr dərinlikdə quyudan müəyyən qurğular vasitəsi ilə çıxarırlar.

Su maşınları isə beş ton suyu 40 manata gətirir.

Dəfələrlə yerli sakinlər bələdiyyə sədrinin və icra nümayəndəliyinin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. Payız aylarında əkilən taxıl sahələrini belə suvara bilməyiblər.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Alpoud kəndi ilə yanaşı, bir neçə kənddə də su qıtlığı yaranıb:

“Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalından, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür.

Hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanallarında suyun səviyyəsi normadan çox aşağıdır. Onu da qeyd edək ki, qış mövsümü olduğu üçün kəndlərarası daşıyıcı və paylayıcı su kanallarında qazıntı və təmizlənmə işləri aparılır. İşlər bitdikdən sonra həmin kəndə suyun verilməsi bərpa olunacaq”.скачать dle 11.3
Mojo.az Banner