Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məcburi köçkünlər içməli suyu satın alır: Tonu 4 manata – Video

06.03.2019 17:50 2 494
Məcburi köçkünlər içməli suyu satın alır: Tonu 4 manata – Video
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Ət-süd” və “Maşınqayırma” pansionlarında içməli su satın alınır.

Bizimyol.info əməkdaşının verdiyi məlumata görə artıq 27 ildir ki, həmin ərazidə içməli su problemi yaşanır, məcburi köçkünlər isə içməli suyu hələ də satın alırlar. Əməkdaşımız qeyd edir ki, hazırda həmin ərazidə suyun tonu 4 manata, xüsusi su çənləri vasitəsilə satılır.

Bununla bağlı Bizimyol.info-ya danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Maşınqayırma” və “Ət-süd” pansionları növbəti mərhələdə içməli su ilə təchiz ediləcək:

“Hazırda o istiqamətdə bir sıra işlər görülüb və içməli su təchizatı yaxşılaşdırılıb. Konkret olaraq adıçəkilən ərazidə isə növbəti mərhələdə işlər görüləcək. Artıq layihə hazırlanıb, smeta xərcləri tutulub, maliyə vəsaitinin ayrılması gözlənilir”.

Ərazidən hazırlanan videoreportajı oxucularımıza təqdim edirik:скачать dle 11.3

Son xəbərlər