16:14 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib  |     16:01 Bakıda boruda sızıntı - İçməli su yola axır (Video)  |     15:56 Leyla Əliyeva "Nə qədər kifayətdir?" adlı inklüziv rəqs tamaşası ilə bağlı paylaşım edib (Video)  |     15:55 Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?  |     15:53 XI turun açılış oyununda "Şamaxı" qələbə qazandı  |     15:41 "Üçtərəfli sazişlər qüvvədə qalır" - Rusiya XİN  |     14:56 Milli Televiziya və Radio Şurasının sabiq müşaviri hakim qarşısına çıxarılıb  |     14:43 Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA - Video  |     13:42 İndoneziyada mədrəsədə partlayış: 50-dən çox yaralı var  |     13:37 SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – Video  |     13:36 Əməkdar artist Vahid Əliyev ilə vida mərasimi keçirilib  |     13:29 Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib  |     13:23 Türkiyədə məktəb avtobusu ilə yük maşını toqquşdu: Xeyli yaralı var  |     13:20 ABŞ hərbi bazasına içərisində ağ toz olan bağlama göndərildi: Bir neçə nəfər xəstəxanaya yerləşdirildi  |     13:13 Xətai rayonunda Zəfər Günü qeyd edildi - VİDEO  |     13:06 Coratda 600 abonentin qazı kəsiləcək  |     12:59 DOST Agentliyində yeni təyinatlar  |     12:54 Britaniya həbsxanasında məhbuslar körpə qızın qatilini öldürdülər  |     12:47 Zəfər Gününün hava proqnozu - 08.11.2025  |     12:40 69 yaşlı kişi itkin düşdü  |    

Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Ali Məhkəməsi bəyanat yayıb.

Məhkəmədən verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan Respublikasının silahlı birləşmələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının ikinci şəhərinə - tarixi Gəncə şəhərinə yenidən raket zərbəsi endiriblər.

Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları nəticəsində beşi uşaq olmaqla 15 mülki şəxsin öldüyü və 57 nəfərdən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Mülki itkilərlə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəyib.

Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bildirir. Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə qarşı deyil, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirmək öhdəliklərini bir daha təsdiqləyir.

Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrail, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

Beynəlxalq ictimaiyyəti Gəncə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırım törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Ərazi bütövlüyünü bərpa etmək və Dağlıq Qarabağ və bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            807 20.10.20 21:41