Mojo.az Banner
12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Britaniya nazirinə Bərdənin raket hücumlarına məruz qalmasından danışıb

28.10.2020 20:37 1 161
Ceyhun Bayramov Britaniya nazirinə Bərdənin raket hücumlarına məruz qalmasından danışıb
Cari ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirdi. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu bildirdi. Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğuladı.

Nazir Vendy Morton öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirdi. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğuladı.скачать dle 11.3
Mojo.az Banner