Mojo.az Banner
23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |     21:46 Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB  |     21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |     20:43 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama  |     20:38 İranda liman vuruldu, yaralılar var  |     20:36 Bakı-Balakən qatarının hərəkəti dəyişir  |     20:30 Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb  |     20:21 "Zirə" - "Torpedo Kutaisi": Komandaların start heyətləri açıqlandı  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov britaniyalı nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi

15.10.2020 18:42 1 413
Ceyhun Bayramov britaniyalı nazirlə cəbhədəki vəziyyəti müzakirə etdi
2020-ci ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton arasında baş tutmuş telefon danışığına dair yaydığı məlumatda qeyd olunub.

Nazir Ceyhun Bayramov həmkarına Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyi barədə məlumat verdi. Nazir münaqişə zonasından çox uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin və infrastrukturlarının, şəhərlərinin məqsədyönlü şəkildə hədəfə alındığını, Gəncəyə edilən raket hücumlarının dinc əhali arasında ciddi itkilərə səbəb olduğunu vurğuladı. Nazir, bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd etdi.

Ermənistan tərəfindən insanlığa qarşı törədilən bu cinayətləri qətiyyətlə qınayan nazir Ceyhun Bayramov, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayət əməllərinə görə tam məsuliyyət daşıdığını vurğuladı. Nazir Vendy Morton mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi. Gərginliyin azaldılmasının və atəşkəsə hörmət edilməsinin vacibliyini vurğuladı. Nazir Vendy Morton münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd etdi.скачать dle 11.3
Mojo.az Banner