Mojo.az Banner
20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın XİN başçısı ilə Vendi Morton arasında telefon danışığı baş tutub

13.11.2020 19:59 2 574
Azərbaycanın XİN başçısı ilə Vendi Morton arasında telefon danışığı baş tutub
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

Nazir Vendi Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yetirməsinin mühüm olduğunu qeyd edib.скачать dle 11.3
Mojo.az Banner