Mojo.az Banner
22:36 Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım etdi (FOTO)  |     22:28 "Qarabağ" "Nyukasl"a qarşı: Oyunda dördüncü qol vuruldu  |     22:26 Ucarda yanğın 11 kəndi qazsız qoydu  |     22:22 Şagirdlərin zəhərləndiyi bufet bağlandı  |     22:16 ABŞ İrana ultimatum verdi  |     22:11 "Qarabağ"- "Nyukasl" oyununda ikinci qol vurulub  |     22:03 Zəngəzur dəhlizinə birləşəcək YENİ LAYİHƏ - Video  |     21:56 Avropalı komissar Azərbaycana gələcək  |     21:51 "Qarabağ"- "Nyukasl" oyunu başladı  |     21:43 Azərbaycanda bu şəxslər pensiya hüququndan məhrum edilə bilərlər (SİYAHI)  |     21:38 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya ediliblər  |     21:32 Palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alındı  |     21:25 "Analarımız öldü, biz də bu soyuqda öləcəyik" - Binada şoka salan vəziyyət - VİDEO  |     21:00 Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı  |     20:51 Ad, soyad, ata adını dəyişənlərin sayı açıqlandı  |     20:46 İctimai məkanlarda siqaretlə bağlı qaydalar sərtləşdirilir - Yeni cərimələr gözlənilir (Video)  |     20:40 Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)  |     20:33 Daha 3 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verildi  |     20:28 Anasını hoteldə qətlə yetirən Ayxan Qasımlının məhkəmə işi  |     20:21 "Epşteynin sənədləri insanlığa qarşı cinayətdir" - BMT  |    
Left Banner
Right Banner

Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünyanın konstitusiya mühakiməsi orqanlarına müraciət etdi

29.10.2020 21:01 1 278
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünyanın konstitusiya mühakiməsi orqanlarına müraciət etdi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.

Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törədir. Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinin Ermənistan tərəfindən yenidən raket atəşinə tutulması 21 dinc sakinin həlak olması, 70-ə yaxın insanın yaralanması ilə nəticələnib.

Həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağan edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq”.скачать dle 11.3
Mojo.az Banner