Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:20 Kərə yağından sonra duru yağ da bahalaşdı | 19:56 Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib | 19:33 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında | 19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq |
Mojo.az Avto
Mojo.az Avto

AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət etdi

25.08.2020 18:27 2 821
AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət etdi
AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

Bu gündən etibarən çəkisi 10 kiloqramdan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.

Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.

Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

Son xəbərlər