Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər oktyabrın sonunadək yerinə yetiriləcək

25.07.2020 19:55 2 122
Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər oktyabrın sonunadək yerinə yetiriləcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər üzrə uçuşları davam etdirəcək.

AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq, İstanbula uçuşlar hər gün, Londona hər həftənin cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri şirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

Bakıda COVID-19 testini keçmək üçün klinika və laboratoriyaların siyahısı ilə AZAL-ın saytından tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics.

Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz. Bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.
İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Son xəbərlər