Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

10.08.2021 18:40 2 193
İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək
İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətləri tərəfindən Təl-Əviv - Bakı - Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə alıb.

Beləliklə, “Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilib.

Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilmişdir. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları aşağıdakı şərtlərlə Azərbaycana səyahət edə bilərlər:

- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış təqdim etdikdə;

- uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etdikdə. 18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər.

Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.

İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş icazəsi almalıdılar.

Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel

Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib:

https://www.azal.az/az/information/covid-clinics

Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş istənilən klinika və ya laboratoriyada verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması arzuediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiləşdirmə prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Son xəbərlər