Mojo.az Banner
21:20 Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir  |     21:13 Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər  |     21:06 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:58 İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı  |     20:52 Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı  |     20:45 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu  |     20:40 Omeqa-3: Səhər, yoxsa axşam qəbul etmək yaxşıdır?  |     20:33 Yataq otağını kondisionersiz 5 dəqiqəyə necə sərinlətmək olar?  |     20:28 Ronaldinyo meydançaya qayıdır? - AÇIQLAMA  |     20:21 "Ermənistanın qərar verməsini istəyirik" - Rusiya XİN  |     20:17 Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər  |     20:16 Birinci kurs tələbəsi vəfat etdi  |     20:08 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:00 Ukrayna Rusiyanı bu dəfə raketlərlə vurdu  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:47 Ötən həftə 113 mina zərərsizləşdirilib  |     19:42 Məktəb direktoru vəfat etdi  |     19:34 İmtahanın nəticələri 10 gündən sonra elan olunacaq  |     19:29 Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri veriləcək  |     19:23 Sosial yardımlar nə vaxt veriləcək?  |    
Left Banner
Right Banner

Azərbaycandan Təbriz və Tehrana birbaşa uçuşlara BAŞLANILIR

07.08.2025 12:42 1 128
Azərbaycandan Təbriz və Tehrana birbaşa uçuşlara BAŞLANILIR
"AZCON Holding"in şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC marşrut şəbəkəsini genişləndirməyə davam edir və sentyabrın 3-dən etibarən yeni Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Yeni istiqamət üzrə reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.

Həmçinin sentyabrın 1-dən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.скачать dle 11.3
Mojo.az Banner