Mojo.az Banner
22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan İstanbula daha iki xüsusi reys olacaq

19.06.2020 20:53 1 479
Bakıdan İstanbula daha iki xüsusi reys olacaq
“Azərbaycan Hava Yolları” 25 və 26 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək.
⠀
AZAL-dan verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci terminalda (Terminal 1) xidmət göstəriləcək.

Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında açıqdır.

Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

- Referans Klinik Laboratoriya Mərkəzi - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan Türkiyə klinikalarından biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/…/covid-19-yetkilendiril…

Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. “Duty free” mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.скачать dle 11.3
Mojo.az Banner