Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

AZAL iyunun 20-də Naxçıvana iki əlavə reys yerinə yetirəcək

18.06.2020 20:39 2 146
AZAL iyunun 20-də Naxçıvana iki əlavə reys yerinə yetirəcək
İyunun 20-də “Azərbaycan Hava Yolları” tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər yerinə yetiriləcək.

Həmin reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.

Nümayəndəliyin tərtib etdiyi siyahıya əsasən, çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edəcəklər, həmçinin iyunun 19-da gün ərzində hansı ünvanda COVID-19 üçün müayinədən keçməyin mümkün olduğu barədə məlumat verəcəklər.

Yeni qaydalara uyğun olaraq AZAL-ın reyslərinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Naxçıvana və ya Naxçıvandan səfər edən sərnişinlər üçün müayinə ödənişsizdir.

Hazırkı şərtlərə əsasən Naxçıvana yerinə yetirilən reyslərə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradır və aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edirlər.

Bir daha xatırladırıq ki, qeyd edilən iki əlavə reysə sərnişinlər Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən siyahıya əsasən buraxılacaqlar.

Son xəbərlər