Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi |
Mojo.az Avto
Mojo.az Avto

"GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb?

19.11.2026 12:05 219
Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Xalq artisti Alim Qasımov sözügedən mövzu ilə bağlı oxu.az-a danışıb.

O qeyd edib ki, paylaşımlardan məlumatlıdırlar, çünki müqavilə var:

"Haqqıma girməyiblər, məlumatlıyam. Ömrümdə ilk dəfədir ki, hansısa jurnalist uğuruma görə təbrik edir. Sizə təşəkkür edirəm".

Alim Qasımovun köməkçisi İlkin Robin oxu.az-a açıqlamasında qeyd edib ki, danışıqlar 2025-ci ilin iyun ayında olub:

"Rockstar Games"in qurucularından biri bizə təklif etdi ki, belə bir mahnı görüblər.

Onlar növbəti oyunun yayımında "Say It Right" mahnısını muğam üslubunda ifasından istifadə etmək istədiklərini bildirdilər. Bu mahnı ilk dəfə ANS-in efirində səslənib. Onlar həmin videoda bu ifanı görüb, bəyəniblər. Uzun müzakirələr getdi, danışdıq. Nəhayət, avqust ayında rəsmi müqavilə imzaladıq. Daha sonra musiqini hazırlayıb onlara göndərdik. Hazırda oyunda istifadə olunur. Müqavilədə həm Alim bəyin, həm də Fərqanə xanımın icazəsi var. Bütün platformalarda yayımlanmasına rəsmi icazə vermişik".

Xatırladaq ki, sözügedən ifa Alim Qasımov və Fərqanə Qasımova tərəfindən illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim edilib. Oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənən musiqilər arasında sənətçilərin "Say It Right" mahnısına muğam interpretasiyası da var.

"GTA 6"nın "Kaleidoscope FM" radiostansiyası müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur mahnılara fərqli musiqi üslublarında hazırladıqları interpretasiyaları bir araya gətirir. Beləliklə, stansiyada populyar mahnıların qeyri-ənənəvi ifa versiyaları səsləndirilir.

Son xəbərlər