Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi |
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA

19.11.2026 12:11 96
Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA
Rəsmi sənədləri olmayan yaşayış evlərinin alqı-satqısı, qeydiyyatı və vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu vəziyyət həm mülkiyyətçilərin hüquqlarına, həm də daşınmaz əmlak bazarının şəffaflığına təsir göstərə bilər. Sənədsiz evlərin çoxluğu dövlət büdcəsinə və daşınmaz əmlak bazarına hansı iqtisadi təsirləri göstərir və bu problemin həlli üçün hansı mexanizmlər tətbiq olunmalıdır?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Median.Az-a açıqlamasında deyib ki, Azərbaycanda mövcud yaşayış fondunun müəyyən hissəsinin sənədsiz və qeydiyyatsız olması dövlət və cəmiyyət üçün bir sıra hüquqi və iqtisadi problemlər yaradır:
“Bu məsələnin iqtisadi tərəfinə diqqət yetirmək lazımdır. Belə ki, qeyri-rəsmi dövriyyə nəticəsində daşınmaz əmlakın alqı-satqısı və digər əməliyyatlar zamanı vergidən yayınma halları baş verir. Eyni zamanda, əmlakın qeydiyyata alınması, müvafiq çıxarışların və texniki pasportların əldə edilməsi, təkrar qeydiyyat və digər prosedurlar üzrə dövlət büdcəsinə daxilolmalar azalır. Notariat əməliyyatları zamanı da müvafiq ödənişlərdən kənarda qalma halları yaranır. Bundan başqa, bələdiyyələr əmlak vergisinin yığılması ilə bağlı ciddi itkilərlə üzləşirlər. Onlar yalnız vergi daxilolmalarından məhrum olmur, həm də həmin əmlak fondunun idarə olunmasında faktiki olaraq iştirak edə bilmirlər”.
O qeyd edib ki, sənədsiz yaşayış sahələri üzrə icbari sığorta ödənişlərinin həyata keçirilməsində də məhdudiyyətlər yaranır:
“İlkin hesablamalar göstərir ki, bu proses nəticəsində Azərbaycan dövləti il ərzində on milyonlarla, hətta 100 milyon manatdan artıq vəsait itirə bilər. Eyni zamanda, bələdiyyələr milyonlarla manatlıq vergi daxilolmalarından, sığorta sistemi isə on minlərlə, yüz minlərlə manat həcmində mümkün ödənişlərdən məhrum olur. Bu baxımdan, problemin aradan qaldırılması və sənədsiz yaşayış sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsi zəruridir. Dövlət bu məsələnin həllində daha fəal maraqlı olmalıdır”.

Son xəbərlər