Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlərə amnistiya tətbiq ediləcək?

07.01.2026 22:27 621
Sənədsiz evlərə amnistiya tətbiq ediləcək?
Bakı şəhəri və Abşeron yarımadasında yüz minlərlə vətəndaşın yaşadığı sənədsiz fərdi yaşayış evləri yenidən gündəmə gəlib.

Hesablamalar paytaxt və ətraf ərazilərdə təxminən 500 minə yaxın sənədsiz evin mövcud olduğunu göstərir.

Bu evlərin əksəriyyəti 1990-cı illərin sonları və 2000-ci illərin sonlarında inşa edilib. Sözügedən tikililərin böyük hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində – kənd təsərrüfatı təyinatlı, mühəndis-kommunikasiya xətləri üzərində və ya planlaşdırılmamış ərazilərdə salınıb. Məhz bu səbəbdən minlərlə ailə illərdir hüquqi sənədlər olmadan evlərində yaşamaq məcburiyyətindədir.

Müzakirə olunan əmlak amnistiyası tətbiq ediləcəyi təqdirdə, müəyyən meyarlara cavab verən bu evlərə hüquqi status verilə, sakinlər mülkiyyət sənədləri ilə təmin oluna bilər. Bu isə uzun illər qeyri-müəyyənlik şəraitində yaşayan vətəndaşlar üçün mühüm dönüş nöqtəsi hesab olunur.

Qeyd edək ki, əmlak amnistiyası həyata keçirilərsə, vətəndaşlar evlərini rəsmiləşdirə, ipoteka və bank xidmətlərindən yararlana, əmlaklarını alqı-satqı və miras yolu ilə qanuni şəkildə ötürə biləcəklər. Eyni zamanda, dövlət üçün də bu addım daşınmaz əmlak bazarında şəffaflığın artmasına, şəhərsalma prosesinin daha planlı aparılmasına və vergi daxilolmalarının genişlənməsinə müsbət təsir göstərəcək. Mümkün əmlak amnistiyası həm sosial, həm hüquqi, həm də iqtisadi baxımdan minlərlə ailənin həyatında ciddi dəyişiklik yarada biləcək addım kimi dəyərləndirilir.скачать dle 11.3
Mojo.az Banner