Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend |
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir"

19.11.2026 11:46 102
Deputatdan pabda oxuyan Xalq artistinə:
Xalq artisti Könül Xasıyevanın pab açılışında muğam ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Cıxış birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Könül Xasıyevanın addımını dəstəkləsə də, digərləri Xalq artisti statusu daşıyan sənətkarın bu cür məkanlarda səhnəyə çıxmasını doğru hesab etməyiblər.

Məsələ ilə bağlı oxu.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da sənətçinin pab açılışında çıxışını təqdir etmədiyini bildirib.

Deputat qeyd edib ki, gənclərin muğama maraq göstərməsi və milli musiqi dəyərlərinə yiyələnməsi baxımından müsbət hal olsa da, sənətin təqdim olunduğu məkan diqqətdə saxlanılmalıdır.

"Mən həmin videoya baxmışam. Düzdür, gəncliyin muğama köklənməsi, bu dəyərlərin aşılanması, onlara sahib çıxılması baxımından müsbət nüanslar tapmaq olar. Amma Könül Xasıyeva kimi bir sənətkarın elə yerlərdə çıxışını qəbul etmirəm. Mənə elə gəlir ki, məkan anlayışına bir qədər diqqət yetirilməlidir. Sənətkarlar sənətlərini harada gəldi nümayiş etdirməməli, sənətin aliliyini qorumalıdırlar.

Əvvəllər sənətlə toy arasında nə qədər fərq yaranmışdı, müğənnilərin əksəriyyəti toya getmirdi. Əgər biz bu gün sənəti yüksəltməkdən danışırıqsa, pab kimi yerlərdə, belə açılışlarda sənətkarların çıxış etməsi ürəkaçan deyil", - deyə E.Akimova vurğulayıb.

Son xəbərlər